Linking you to greater opportunities

Müəllimlərin treninqi

İnterlink təlimatçisı Sülh Korpus təlimatçisı ilə birlikdə “SOS Uşaq Kəndləri” Sumqayit Tədris Dəstək Mərkəzində işləyən müəllimlər üçün 10 sessiya daxil olan “İnteraktiv metodlar ilə tədris” kursunu təqdim etdilər. Kursun proqramına görə bütün dərslər interaktiv formada keçirildi. Beləliklə Sumqayit TDM-də işləyən müəllimlər müasir metodlar haqqında məlumat alib, onların necə işləməsini şəxsi təcrübə və müşahidələri vasitəsi ilə öyrənmək imkanını əldə etdilər. İştirakçilər kursun sonunda interaktiv metodlara uyğun dərslərini müvəffəqiyyətlə təqdim etdilər və sertifikat aldilar.



TT TT1 TT3

Danışıq Klubu

Yay vaxtlarinda böyüklər üçün hər üçüncü gün saat 19:00-də “İnterlink”-də Danışıq Klubu keçirilir. Bu İngilis dilini öyrənən insanlar üçün danışıq qabiliyyətini artırmaq üçün böyük fürsətidir. Bütün müzakirələr orta səviyyədə keçirilir.




IMG_5333 conversation club

Uşaq bayramı

İnterlinkdə oxuyan ibtidayi sinif şagirdləri bütün il boyunca İngilis dilini öyrənməyə böyük həvəs göstərdilər. Onların (və valideynlərinin☺) əziyyətini mükafatlandırmaq üçün İnterlink təlimatçıları Amerikalı qonaqlarla birlikdə uşaqlara İlin sonundakı bayramı keçirdilər. Uşaqlar çoxlu oyun oynadılar, üzlərində rəsm çəkdirdilər, mahnı oxudular, prizlər alıb, şəkil çəkdirdilər və hava isti olduğuna görə dondurma yedilər. Bayram çox yaxşı keçdi və hamı məmnun qaldı!


IMG_5246 IMG_5281 kids25

Amerikadan qonaqlar

May ayında Amerikada oxuyan 10 tələbə İnterlinkə qonaq gəldilər. Onların məqsədi Azərbaycan tələbələri, Azərbaycan mədəniyyəti və ölkə ilə tanış olmaq idi. On gün ərzində Amerikalı tələbələr İnterlink kurslarında iştirak etdilər, Danışıq Klubları apardılar və Azərbaycanlı tələbələr ilə birlikdə dağlara gəzməyə getdilər. Qonaqlarımız Azərbaycanlı gənclərlə tez zamanda yaxın dostluq əlaqələri yarada bildilər və onların evlərində qonaq oldular. Amerikalı qonaqlarımız Azərbaycana gəlməkdən çox məmnun qaldılar və gələn il bir daha gəlmək istədiklərini bildirdilər.


IMG_5364 IMG_4343 IMG_4391