Linking you to greater opportunities
Interlink saytına xoş gəlmisiniz!

Interlink - İngilis Dili Mərkəzidir və bizim əsas məqsədimiz - sizin qarşınızda daha geniş imkanlar açmaqdır. Buna nail olmaq üçün, Amerikadan olan təcrübəli müəllimlər sizə İngilis dilini yüksək səviyyədə tədris etməyə hazırdırlar.

Bizim əsas diqqətimiz İnqilis dilinin danışıq formasının inkişafına yönəlmişdir. Buna görə də sizə İngilis dilində danışmaq üçün lazımi şərait yaradacağıq - dilə yiyələnmək üçün təcrübə zəruridir!

Kursun tərkibinə dərslərdə ünsiyyət, ev tapşırığı, disklərə qulaq asmaq və danışıq klubu daxildir. Bu imkanlardan yararlansanız, İnqilis dili bacarığınızın təkmilləşəcəyinə əmin ola bilərsiniz.

İngilis dilinizin inkişafı sizin qarşınızda geniş imkanlar aça bilər. Bizim arzumuz isə odur ki, bu yolda sizə kömək edək. Gəlin və bizə qoşulun! Sizi İnterlinkdə görməyə ürəkdən şad olarıq!


stacks_image_1D16CA71-7903-480D-93C4-7B8957A39A3A
stacks_image_5BF690C1-CCE0-4A3B-8AF6-A0451FE2CDA7